2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri şəxsləri hər iş günü 15:00-18:00-dək qəbul edir.
2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin böyük məsləhətçiləri tərəfindən şəxslərin qəbulu həftənin I-V günləri saat 09:00-18:00-dək həyata keçirilir.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.
Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında bağlanmış Maliyyələşdirmə Sazişinə əsasən Ədliyyə Nazirliyi tərəfindən «Ədliyyə Sisteminin Müasirləşdirilməsi» Layihəsi həyata keçirilir. Layihə çərçivəsində yeni müasir məhkəmələrin tikintisi və mövcud məhkəmə binalarının yenidənqurulması və əsaslı təmiri nəzərdə tutulur. Hazırda 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi üçün ayrılmış torpaq sahəsində yeni inzibati binasının müasir beynəlxalq standartlara uyğun layihələndirilməsi işi aparılır və binanın tikintisinin cari ilin ikinci yarısında başlanması planlaşdırılır. Yeni inzibati binada elektron sənəd dövriyyəsi və ən müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqları tətbiq olunacaqdır.
Az 1054, Bakı şəhəri Zahid Xəlilov küç. 540-cı məhəllə, bina "b"; Tel: 510-05-45; Faks: 510-10-01; Qəbul otağı: 510-55-72; e-mail: contact@bakueconomiccourt2.gov.az